Müqəddəs ixtilal
Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,Bir fırtına səsi var, buludlar göydə dal-dalAçmış Doğu bağrını sökəcək şəfəqlərə,Qop, ey dəli fırtına, rişəni könlümə sal,İxtilal istəyirəm, müqəddəs bir ixtilal…
Doğan günəşlə qopsun bir axın vəlvələsi,Görünsün qan köpüklü qasırğanın yeləsi,Bitsin əsir türklüyün, bitsin artıq çiləsi,Nə zəncirli bir Qafqas, nə qan qusan bir Ural,İxtilal istəyirəm, müqəddəs bir ixtilal…
Sovursun ümmanlara gövdə, bacaq, bilək, baş,Yerə girsin, Kremlin qalmasın daş üstdə daş,Hürr insanlıq uğrunda başlasın qətli-savaş,Vaxt gəlmişdir, ey zaman, bir ölüm şərqisi çal,İxtilal istəyirəm, müqəddəs bir ixtilal…
Kitabxana.az · https://kitabxana.az/ru/works/ildirim-muqeddes-ixtilal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
M. Müşfiqə*Enərkən qızıl günəş qoca dağlar ardına,
Kopet dağlarıMən sana gəlmişəm uzaq bir eldən,Məni də sinənə al, Kopet dağlar!
Küsdüyüm baharYenə gəldi könlümün küsdüyü bui lk bahar,Yenə açdı, şerimə ruh verməyən çiçəklər…
Qara dastanKimsə bilməz Tanrıdağın yaşınıDuman almış Altayların başını.