Qara dastan
Kimsə bilməz Tanrıdağın yaşınıDuman almış Altayların başını.Uçurtmuşlar başdan dövlət quşunuQismətinə üz çevirmiş zaman hey,Qoca türkün düşdüyü dərd yaman hey…
Dörd bir yana dağılmış Türk soylarıSönmüş ocaq, köçüb getmiş bayları.Dərdli-dərdli axar bozqır çayları,Saxlar içdən gizli ümid, güman hey,Qoca türkün düşdüyü gün yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,Matəm olmuş Səmərqəndi, Daşkəndi.Kəndi söylər, tökər gözdən yaş kəndi…Nə ozan var, nə yazan, nə Şaman hey,Qoca türkün düşdüyü dərd yaman hey…
Qazan, Başqurd batmış, Krım sürülmüş,Mənim çəkikgözlü yavrum sürülmüş.Qonum-qonşum, bütün varım sürülmüş,Bulunurmu Sibiryada iman hey?Qoca türkün düşdüyü hal yaman hey…
Türk elləri bir-birinə yadlanır,Qazax, Qırğız, Türkmən, Özbək adlanır.Azəri Türk yanır, içdən odlanır,Ana yurdun içdən halı duman hey,Qoca türkün düşdüyü dərd yaman hey…
Azərbaycan dərd içində boğulmuşSevənləri diyar-diyar qovulmuş.Ağla, şair, ağla, yurdun dağılmışNerdə qopuz, nerdə qırıq kaman hey?Nerdə böyük Vətən, nerdə Turan hey?..
Kitabxana.az · https://kitabxana.az/ru/works/ildirim-qara-dastan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Durma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…
Mayıs gözəlinəYeni proletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə*Başında ipəkdən bir qızıl örpək,
Mənim İncimNə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,Mən bir inci tapmışdım Qafqasların içindən,
Mənim türkümAşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…
Стихи других поэтов · О родине
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Ana diliDil açanda ilk dəfə ana söyləyərik biz,"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
Ay qızSən də alıb ələ bir qızıl rübab,İncə tellərini dinləndir, ay qız.
BahalıqSaldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.