Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,Mən bir inci tapmışdım Qafqasların içindən,Oynadarkən, əlimdən düşdü torpağa incim,Nerdə mənim gəncliyim, nerdə mənim sevincim?Duymadım, uçdu getdi o məndən çox uzağa,Taleh quşum başından enib düşdü tuzağa.O zamandan ki, mənim öz incimi çaldılar,Sanasan ki, eşqimi, sevincimi çaldılar...Olunca öz yurdundan, torpağından, daşından,Gənc bir şair nə anlar, baharından, qışından?Neyləyim mən ruhumu çox istəyən günəşi,Harda mənim ilahım, harda könlümün eşi,Mən nə edəm günəşin doğub ta batdığını,Önümə zəhər saçan bir gün yaratğını,Mən o gündən nə sevinc, nə bir həvəs bilirəm,Yabançı mahnılarla ağlayıram, gülürəm!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине