Durma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…Doğdum, doğalı sardı qızıl bir alov məni,Harda yaşıl diləyim, harda mənim amacım*Neyləyim, fələk məni məhkum etmiş qürbətə,Lənət olsun sunduğu ağu dolu şərbətə…Mən bilirəm bu yolun yox ucu, yox bucağı,Otuz beş bahar keçdi, otuz beş qışa düşdüm,Tərk edəli o dilbər, o sevdalı qucağı,Çəkənlər bilir ancaq, nə zalim işə düşdüm.İnsana Ən müqəddəs səadət, uca dilək,Sevgililər yanında, doğduğu yerdə ölmək.Yad yer ancaq qəm çilər bir aşiqin içinə,Dörd çevrə gülşən olsa, istəməm mən özgə yer.Bir daşını dəgişməm Misirə, Hində, Çinə,Tanrı cənnəti versə, mən deyərəm, onu ver.Cəhənnəm olsa belə, mana öz yurdum gərək,Atılaram qoynuna sevinərək, gülərək.Orda bir qaya olsam, yaslansa yar kölgəmə,Onsuz burda şöhrəti, şairliyi nedəm mən?Annəm məni doğarkən qurban demiş ölkəmə,Burax məni gözəl qız, öz elimə gedəm mən!Lənət şairliyimə, şerimə, həvəsimə,Hardasan, ay nazlı yurd, səs ver mənim səsimə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви