Həmişə yari-bimehri rəqibə mehriban gördüm,Vəfa tərkin qılıb, zülmü gözəllərdə əyan gördüm.

Dolandım vadiyi-eşq içrə bir Leyli sorağında,Özüm tək eşqdə Məcnuni-zari laməkan gördüm.

Həmişə kəc inad ilə dolanır çərxi-kəcrəftar,Cəfavü cövrdən üşşaqlər qəddin kaman gördüm.

Düşüb sevdayi-zülfi-yarə oldumsa xiridarı,Bu sevdadən məni – bəxti qara daim ziyan gördüm.

Gəlib tüti kimi göftarə, yarım mehriban olmuş,Bihəmdillah, mənimlə ol gülü şirinzəban gördüm.

Ləbindən ayrı düşdükdə, nigara, qəlbi-üşşaqi,Xəyali-qönçeyi-ləbi-ləlindən xunfəşan gördüm.

Cahanda görmədim, Vahid, gözəllərdən vəfa hərgiz,Gözəllər nazü rəftarın həmişə canalan gördüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви