Fələk istər sala daim məni, ey məh, cüda səndən
Fələk istər sala daim məni, ey məh, cüda səndən,Olurmu, çəksin əl aşiq, söylə, ey məhliqa, səndən?
Cahanı rövşən eylərdi camali-mahi-ruxsarın,Görüb ruyini çıxmazdı, edərdi gün həya səndən.
Düşəndə yadimə, ey məhvəşi-siminbədən, ol dəm,Çəkərdim nəşələr əfzun məni-bəxti qara səndən.
Əsib bunca pərişan eyləmə sən zülfi-cananı,Şikayət eylərəm həqqə mən, ey badi-səba, səndən.
Cəfayi-xardən bülbül çəkib yüz min bəla gərçi,Mənimtək görməmiş yarə qəsəm, ey gül, bəla səndən.
Dəm vurma eşqdən, Vahid, keçən üşşaq imiş aşiq,Olub artıq, olar bu dərdi-eşqə mübtəla səndən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-felek-ister-sala-daim-meni-ey-meh-cuda-senden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Saldın məni hicranə, bu bilməm, nədən oldu?
Ey gül, səni hər kəs ki, sevib bəxtəvər olduEy gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,Eşqində bir ancaq mənim ömrüm hədər oldu.
Fəxr etdik, o gül bəlkə bizim yarımız olduFəxr etdik, o gül bəlkə bizim yarımız oldu,Tale bizə yar olmadı, əğyarımız oldu.
Coşdu mey, bənzədələr bəlkə ləbi-yarə onuCoşdu mey, bənzədələr bəlkə ləbi-yarə onu,Bu öyünməkliyi tez saldı ayaqlarə onu.
Стихи других поэтов · О любви
Zivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Sən getdinSən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.
İşıq sürətiXəyalım yenə də öz səfərində,Onun söykək yeri dərdim, məlalım.