Fəxr etdik, o gül bəlkə bizim yarımız oldu
Fəxr etdik, o gül bəlkə bizim yarımız oldu,Tale bizə yar olmadı, əğyarımız oldu.
Aşiqlərə bülbül dedilər, biz də sevindik,Hər bir gülə verdikdə könül, xarımız oldu.
Durduq bir ümid ilə gözəllər tərəfində,Mindən birisi bəlkə tərəfdarımız oldu.
Sevdayi-qəmi-eşq idi sərmayəmiz əldə,Nə öylə xiridar, nə bazarımız oldu.
Təkfir ilə zikr etdi bizi mollanümalər.Zahid dediyi cənnətə inkarımız oldu.
Yar etdi cəfalar bizə, biganədən umduq,Düşmən bizə öz sevgili dildarımız oldu.
Vahid, fələyə əyməmişik sərvət üçün baş,Sərvət bizə öz gövhəri-əşarımız oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-fexr-etdik-o-gul-belke-bizim-yarimiz-oldu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zülfün götür üzdən dedim, ol məh şəkə düşdü,Ayinə kimi könlünə, gördüm, ləkə düşdü.
Qıldın əsir türryei-tərrarə könlümüQıldın əsir türryei-tərrarə könlümü,Zəncirə bağladın bu günü qarə könlümü.
Hər aşiqin ki möhnəti var, ağlar, ağlamaz?!Hər aşiqin ki möhnəti var, ağlar, ağlamaz?!Vəsli-nigara həsrəti var, ağlar, ağlamaz?!
Daim bu gözəllik o cəfapişədə qalmazDaim bu gözəllik o cəfapişədə qalmaz,Tünd olsa, axar qanı meyin – şişədə qalmaz.
Стихи других поэтов · О любви
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
A yağa məniArif olan, bir od düşüb canıma,Əridib döndərir a yağa məni.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.