Coşdu mey, bənzədələr bəlkə ləbi-yarə onu
Coşdu mey, bənzədələr bəlkə ləbi-yarə onu,Bu öyünməkliyi tez saldı ayaqlarə onu.
Gəzdi əldən-ələ, ayinə də çox fəxr elədi,Aqibət əksi-rüxün söykədi divarə onu.
Gül də etmişdi camalinlə gözəllik bəhsin,Çəkdi axırda o yüngüllüyü bazarə onu.
Ey deyən, eşqdə pərvanə məhəbbət nə bilir,Bəs nə məcbur eləyir yanmağa odlarə onu?
Məni cananimə həsrət qoyanı, istəmişəmTale həsrət qoya öz sevdiyi dildarə onu!
Mən desəm, gəzmə rəqib ilə, nə mənası onun?Özü bilsin gərək ol dilbəri-məhparə onu.
Deməyin, eşqə düşən aşiqə olmaz çarə,Özü çox yaxşı bilir Vahidi-biçarə onu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-cosdu-mey-benzedeler-belke-lebi-yare-onu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sevimlisən, gözəlim, gəzmə bivəfalar ilə,Məhəbbət ilə dolan yarü-aşinalər ilə.
Xoş ol aşiqə kim, ömr edər məhəbbət iləXoş ol aşiqə kim, ömr edər məhəbbət ilə,Həyatını keçirər zövqü eşqü ləzzət ilə.
Könül, vəfalı olan yarə etibar eyləKönül, vəfalı olan yarə etibar eylə,Vəfalı olmayanı cəhd qıl, kənar eylə.
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!