Xoş ol aşiqə kim, ömr edər məhəbbət ilə,Həyatını keçirər zövqü eşqü ləzzət ilə.

Nigarım olsa mənimlə, keçər həyatım xoş,Mənim nə zövqüm olardı behiştü cənnət ilə?!

Maarif əsri deyir el bizim zəmanəmizə,Maarif ilə varam, yox işim cəhalət ilə!

Birisi yerlərin altın, biri səmada gəzir,Müsəxxər eyləyir aləmləri cəsarət ilə.

Həmişə xəlqinə qarşı sədaqət ilə dolan,İnan ki, çox yaşamaz zövq olan xəyanət ilə.

Açıq göz ilə çalış, kainata eylə nəzər,Həyatını başa vur sülh ilə, ədalət ilə.

Cəfayə, zülmə bütün nifrət eyləyir aləm,Xilas elə bəşəri zülmdən cəsarət ilə.

Lətif üçün bu sözü yadigar edib Vahid!Həmişəlik qala gültək sözüm lətafət ilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви