Vəhm qılmaz könül, ol həlqeyi-keysudə gəzər,Gör nə Məcnundu ki, zəncirdə asudə gəzər.

Xuni-dil cari olur hicrdə göz yaşı ilə,Rəsmdir, fəsli-xəzan bərg düşüb cudə gəzər.

Vadiyi-hicrdə bir Leyli sorağında könülOlub avarə, cünun eşqinə aludə gəzər.

Dil kəminində durub, xalini zülf içrə görüb,Rəsmdir, oğru, gözüm, gecə qaranqudə gəzər.

Vurma məşşatə dəxi şanə o zülfi-siyəhə,Mürği-dil riştəbəriştə o siyəh mudə gəzər.

Göz yaşımda dolanır, hüsni-ruxin mövclənir,Afitab əksi düşüb, sanki gündüz sudə gəzər.

Dolanır ayineyi-qəlbdə mehri o məhin,Necə bir əks ki, Vahid, düşər güzgudə gəzər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви