Səhvdir, müşk desəm türreyi-əmbər muyə,Bu xətadır, səni nisbət qılayım ahuyə.

Zülfünün qeydini çəkdik qəmi-hicrin ilə,Ruzigarım dönüb, ey mahi-təbi-zücüyə.

Taəti-məscidü mehrabə baş əyməz zahid,Qılsa bir dəfə nəzər gər o kaman əbruyə.

Mən edir eşqdən üşşaqini, bilmir səbəbin,Zahidi-qafilə bax, gör nə gedib uyquyə!

Dilbəra, baxma çox ayinədə əksi-rüxinə,Tuti göftarə gəlir, baxsa əgər güzguyə.

Pasiban olmuş o gənci-ruxinə xali-siyah,Tapşırıbsan niyə cənnət açarın hinduyə?

Atəşi-ahim ilə göydə yanar kövkəblər,Bir də ahim əsər etməz, o büti-məhruyə.

Bağban görsə güli-ruyini gülşəndə, gülüm,Kafərəm, bir də salam meyl güli-xoşbuyə.

Vahidi dəfn eləyin rəhgüzərində o məhin,Bəlkə, təsir edə, qəbrim görüb o bədxuyə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви