عشق بهین گوهری است، گوهر دل کان اودل عجمی صورتی است عشق زبان دان او

خاصگی دستراست بر در وحدت دل استاینکه به دست چپ است داغگه ران او

تا نکنی زنگ خورد آینهٔ دل که عشقهست به بازار غیب آینه گردان او

عقل جگر تفته‌ای است، همت خشک آخوری استجرعه‌کش جام دل، زله خور خوان او

از خط هستی نخست نقطهٔ دل زاد و بسلیک نه در دایره است نقطهٔ پنهان او

رهرو دل ایمن است از رصد دهر از آنککمتر پروانه‌است دهر ز دیوان او

دل به رصد گاه دهر بیش بها گوهری استدخل ابد عشر او فیض ابد کان او

لیک ز بیم رصد در گلش آلوده‌اندتاز گل آید برون گوهر رخشان او

دل چو فرو کوفت پای بر سر نطع وجوددهر لگد کوب گشت از تک جولان او

نیست ازین آب و خاک ز آب و هوائی است دلکآتش بازی کند شیر نیستان او

ای شده از دست تو حلهٔ دل شاخ شاخهم تو مطرا کنان پوشش ایوان او

یوسفی آورده‌ای در بن زندان و پسقفل زر افکنده‌ای بر در زندان او

حوروشی را چو مور زیر لگد کشته‌ایپس پر طاووس را کرده مگس ران او

خوش نبود شاه را اسب گلین زیر رانرخش به هرای زر منتظر ران او

دل که کنون بیدق است باش که فرزین شودچونکه به پایان رسد هفت بیابان او

شمه‌ای از سر دل حاصل خاقانی استکز سر آن شمه خاست جنبش ایمان او

Eşq zərif dürrdür, qəlb onun ümmanı,
Qəlb əcəmi bir gözəl, eşq onun dastanı.
Qəlb sağ əllə döyür çənbərini vəhdətin,
Sol əl ilə yoxlayır qulluğuna imkanı.
Qoyma könül aynası paslana, bərbad ola,
Eşq alıb gəzdirir bu ləkəsiz aynanı.
Əql atəşdən yanır, hümmət onun həsrəti,
Təşnədir o camına, süfrəsi can dərmanı.
ilk yaranarkən həyat öncə könül xəlq olub,
Dairədə olmayıb nöqtəsinin dövranı.
Əmin-amanlıqdadır könlümüzün qasidi,
Şəminə pərvanədir yer üzünün divanı.
Gövhərə bənzər könül, qiyməti həddən ziyad,
Bir əbədi feyz olub dəhrdə adı-sanı.
Ancaq, onu qorxudan gildə ediblər nihan,
Bir də ona aşkara çıxmağa imkan hanı?
Qəlb ayaq döydü hey sinədə fəryad ilə,

Tapdaladı aləmi hiddət ilə cövlanı.
Qəlb səmadən gəlib, yerdə yaranmazdı o,
Odla ki oynar belə varlıqının aslanı.
Oldu könül mənzili dağlı əlindən sənin,
Gör nə bəzəndi nəqşi ilə eyvanı.
Yusifı saldın əcəb sən belə bir zindana,
Sonra qızıldan qıfıl aldı onun zindanı.
Bir gözəli tapdadın mur kimi, sonra da
Milçəyini qovmusan, ta rahat olsun canı?
Palçıq at üstündəki qəlb nə cür şad ola,
Rəxşə gərəkdir onun hökm eləyə fərmanı.
Oldu piyadə, konül, səbr elə olsun vəzir,
Ta keçə bilsin bu dəm yeddi çətin məvanı.
Böylə könül söhbəti hasili Xaqaninin
Bağlıdır o söhbətə dini ilə imanı.
Eşq uca səslə tez söylədi: Xaqaniyə,
İş böyük işdir, oyan, gör ki, nədir payanı?!


Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви