دلسوز ما که آتش گویاست قند اوآتش که دید دانهٔ دلها سپند او

هر آفتاب زردم عیدی بود تمامچون بینمش که نیم هلال است قند او

بر چون پرند، لیک دلش گوشهٔ پلاسمن بر پلاس ماتم هجر از پرند او

رخ را نمکستان کنم از اشک شور از آنکچشمم نمک چند ز لب نوش خند او

در سینه حلقه‌ها شودم آه آتشیناز خام‌کاری دل بیدادمند او

زین سرد باد حلقهٔ آتش فسرده بادتا نعل زر کنم پی سم سمند او

جرمی نکرده حلقهٔ گوشش ولی چه سودآویخته به سایهٔ مشکین کمند او

پند من است حلقهٔ گوشش ولی چه سودحلقه به گوش او نکند گوش پند او

خاقانی آن اوست غلام درم خریدبفروشدش به هیچ که ناید پسند او

نندیشد از فلک، نخرد سنبلش به جوبر کهکشان و خوشه بود ریشخند او

زین سبز مرغزار نجوید حیات از آنکقصاب حلق خلق بود گوسفند او

سربسته همچو غنچه کشد درد سر چو بیدهم نشکند چو سرو دل زورمند او

خضر است و خان و خانه به عزلت کند به دلهم خضر خان و مشغلهٔ او ز کند او

با همتی چنین سوی ناجنس میل کردتا لاجرم گداز کشید از گزند او

باز سپید با مگس سگ هم آشیانخاک سیاه بر سر بخت نژند او

سیمرغ بود جیفه چرا جست همچو زاغپست از چه گشت آن طیران بلند او؟

هر چند کان سقط به دمش زنده گشته بودچون دست یافت سوخت ز اسقاط زند او

خورشید دیده‌ای که کند آب را بلند؟سردی آب بین که شود چشم بند او

آتش سخن بس است که فرزند طبع اوستفرزندی آنچنان که بود فر زند او

حاسد چو بیند این سخنان چو شیر و میسرکه نماید آن سخن گوز گند او

سیر ارچه هم طویلهٔ سوسن بود به رنگغماز رنگ وی بود آن بوی و گند او

گر سحر من بر آتش زردشت بگذردچون آب خواند آتش زردشت زند او

Bizə ürək yandıranın od yağır dodağından,
Kim od görüb ürəkləri üzərliktək yandıran?

Günəş hər vaxt saralanda bayram olur mənimçün.
Çunki yarın hilal kimi olur qənd ləbi əyan.

Qoynu lətif ipək kimi, qəlbi palaz parçası,
Mənsə hicran palazında, istərəm onu hər an.
Göz yaşımla döndərirəm üzümü bir duzlağa,
Çünki, gözüm yığır duzu yar güləndə durmadan.
O ürəyi rəhmsizin xam işləri üzündən,
Sinəm içrə həlqələnir odlu ahım hər zaman.
Soyuq yeldən, istərəm, o od halqası soyusun,
Ta ki, qızıl nal düzəldim göhləninə mən asan.
Qulağında olan sırğa nə günah işləmiş ki,
Başı üstə asılmışdır qara saçı altından?!
Nəsihəti qulağımın həlqəsidir, nə fayda?
Qulağının halqasısa öyüd eşitməz ondan.
Xaqanini satın almış, onun halal quludur,
Bəyənmirsə, heçə satsın, nə çox müftə qul alan.
O, fələkdən qorxmur əsla, dövranından çəkinmir,
Onu əsir edə bilmir cəlalıyla asiman!

Göy çəməndə həyat gəzmir, çünki, onun qoyunu,
Qəssab olub, üzür xalqın boğazını, tökür qan.
O, qönçətək Örtülüdür, söyüd kimi dərdlidir,
Sərv kimi əyilməzdir güclü qəlbi qururdan.
O, Xızrdır, döndərər ev-eşiyini üzlətə,
Həm də o, öz şöhrətinə görə olmuş Xızrxan.
Bu hümmətlə yaxınlaşdı bir yaramaz, naçinsə,
Onun əzab-əziyyəti odundan oldu büryan.
İt milçəyi ağ qartalla bir yuvaya sığındı,
Qara torpaq aşdı onun taleyinin başından.

Simurğ ikən, qarğa kimi neçin cəmdək yedi o,
Niyə uca pərvazını verdi əldən o tərlan?

Düşük uşaq nəfəsimdən mənim həyat tapdısa,
Əl tapınca, özü oldu hayatıma od vuran.

Bəllidir ki, günəş suyu buxar edib qaldırar,
Gör, su necə soyuqdur ki, Günəş olmuş natəvan.

Qoy təbindən doğulan söz olsun onun balası,
Belə övlad olar ancaq istedadlı atadan.

Bu süd kimi, şərab kimi sözü paxıl görəndə,
Sirkə kimi coşar, sözü olar boş hərzə-hədyan.

Rəngcə birdir süsən ilə sarımsağın yarpağı,
Batil olar sarımsağın rəngi öz qoxusundan.

Mənim sehrim düşsə əgər o Zərdüştün oduna,
Zərdüşt odu oxuyacaq onu su kimi rəvan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов