Yetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.

Axırda etdi xaluvu da qan içən ləbin,Yoldaşlığın, bəli, olur axir sirayəti.

Öylə ki, tari-zülfün ona hər zaman dəyir,Axırda incinib, üzün eylər şikayəti.

Dedin ki, kim əlac edər zəxmi-sinəvə,Qəmzən edər əlac, əgər olsa inayəti.

Qəddin hədisi aləm ara saldı fitnələr,Şuriş düşər yetəndə, bəli, məhşər ayəti.

Tapmazdı ləblərində könül çeşmeyi-həyat,Xizri-xətin gər eyləməyəydi hidayəti.

Макта — последний бейт с тахаллусом поэта. Derlər ki, hicr qayəti hicrandır, Bahar,Yarəb, hara yetə, görəsən, hicr qayəti?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви