Derdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.

Hərgiz behiştə meyl eləməz, huri istəməz,Hər aşiqin ki, sən kimi bir dilrübası var.

Derlər bahadır ağzına can, bilməzəm neçünBu yox olan şeyin bu qədər çox bahası var?

Müjganın ilə çeşmini gər sorsalar nədir,Bimar piri gör ki, əlində əsası var.

Bir naz ilə xuramə gəl, ey sərv, ta görəkHüsn içrə hansı sərvqədin iddiası var.

Yox eybi gərçi hicrin ilə ölməgin, vəliÇeşmin görəndə ölməgin özgə səfası var.

Макта — последний бейт с тахаллусом поэта. Fəxr eylə kim, qulamınam, ey xublər şəhi,Hansı şəhin Bahar kimi bir gədası var?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви