Balalarıma
Aydın olsun gözləriniz,Gəldi bahar gülə-gülə!Gedər qışdan qalmaz bir iz,Gəldi bahar gülə-gülə!Oldu bahar gülə-gülə!
Çıxsın kəfəndən təbiət,Yaz yağışı böyük nemət.Qoy olsun yer üzü cənnət,Gəldi bahar gülə-gülə!Oldu bahar gülə-gülə!
Çal qış! Buyur, uğur olsun,Qır saçım cinlər yolsun!Gəl, ay Durna, gəl, ay Dursun;Oldu bahar gülə-gülə!Gəldi bahar gülə-gülə!
“Yaman günün ömrü azdır”!Mövsimlərin gülü yazdır,Oldu bahar gülə-gülə!Gəldi bahar gülə-gülə!
Böyük dərddir Vətən dərdi,Bu qış sizə ağır gəldi.Gəlin, quşlar, yazdır indi, -Oldu bahar gülə-gülə!Gəldi bahar gülə-gülə!
Toplayıb bir dəstə çiçəkDi gəlin m əktəbə gedək.Tənbəlliyə lənət edək,Oldu bahar giilə-gülə!Gəldi bahar gülə-gülə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-balalarima
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sanki varlığımı salırlar bəndə,Sevən könüllərdə qəm ötüşəndə!
Mənə nə lazımdır gündə bir gözəlMənə nə lazımdır gündə bir gözəl,Onları dişimə çox vurmuşam mən.
Nə çoxdur dünyada qədir bilməyənNə çoxdur dünyada qədir bilməyən,Hər Leyli üzlüdə sədaqət olmaz!
Səndən dövlətlisi gələndə onaSəndən dövlətlisi gələndə ona,Bir su qiymətinə satacaq səni!