Bixəbərdir zahid ol kim, sərv qamətdən hənuz
Bixəbərdir zahid ol kim, sərv qamətdən hənuz,Vəsf edər aşiqlərə ruzi-qiyamətdən hənuz.
Adət etmiş aşiqə tənü məlamət etməyi,Heç usanmaz zahidi-qafil bu adətdən hənuz.
Qaşların tağın görüb məscid əra mehrabdə,Baş götürməz ol səbəb zahid ibadətdən hənuz.
Qarət eylər zülfi-ruyindən ərağ dürrünü kim,Çəkməz əl ol üzü qarə oğru qarətdən hənuz.
Ləli-nabin rəngini bir dəfə cam içrə görüb,Mey dönübdür qanə, ey gül, ol əlamətdən hənuz.
Kəbeyi-taqə qaşın nisbət qılan bilməzmi kim,Ol səbəbdən düşməmiş Kəbə şərafətdən hənuz.
El məlamət daşilə hey səngisar eylər məni,Vahidəm, çevrəmdə var səngi məlamətdən hənuz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bixeberdir-zahid-ol-kim-serv-qametden-henuz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cəfər Xəndana*Şairim, xatirin küsməsin məndən,
Bu bayramdaKönüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Küsmüsən məndənEşitdim, sevgilim, küsmüsən məndən?Qaçırma bülbülü öz çəmənindən.
SevgilimSevgilim qaşların çatıb baş-başa,Hüsnünə etməyə hər gün tamaşa
Стихи других поэтов · О любви
Bir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!
Mənim TanrımMən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.