Bu bayramda
Könüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Vətən gülzarı açmışdır çiçəklər, nazənin güllər,Qərənfillər budağında gəlir ilhama bülbüllər,Əsarətdən xilas oldu bütün məhkum olan ellər,Cahan abad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Günəşdən, aydan, ulduzdan xəbər verdik bu qırx ildə,Azərbaycan səfaləndi, ziyaləndik biz hər dildə,Maarif, elm çiçəkləndi bizim yurdda, bizim eldə,Könüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Bu Aprel inqilabilə gərək fəxr etmək aləmdəKi, onsuz xalqımız qalmışdı daim möhnətü qəmdə,Azərbaycanlılar, Vahid, gərək şad olsun hər dəmdə,Könüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bu-bayramda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!
Nəyə lazımSalus əyyara bənzətmə*Oldun tutalım, sahibi-vicdan, nəyə lazım?
Qocalıqdan şikayətQocalıq saldı ayaqdan məni, ey dad, ölürəm!Düşməyir indi cavanlıq ələ, fəryad, ölürəm!
Ar qıl!Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!