Cəfər Xəndana

Şairim, xatirin küsməsin məndən,Dostluq arasında nəzakət olur.Razıyam, deyiləm, narazı səndən,Namərdin qəlbində ədavət olur.

Mən də bir şairəm, tanıyır aləm,Azaddır mətbuat, azaddır qələm,Həyatdan yazmağa aciz deyiləm,Şairçün hər yolda məharət olur.

Şerlər yazarkən oxurdum sənə,Hər nə günahım var, səndədir yenə,Deseydin səhvimi əzəldən mənə,Arifə bir kəlmə kifayət olur.

Mən necə ayrılım rəna qəzəldən,İşvəli dilbərdən, nazlı gözəldən?İnsan ki, bir şeyə uydu əzəldən,Ölüncə başında o adət olur.

Məhv olsun dünyada xalqın düşməni,Mən də çox sevirəm əziz vətəni,Vətənin qədrini bilməyən dəni,Özü xəlq içində xəcalət olur.

Elimin zəfəri, qalibiyyəti,Hər işdə mərdliyi, fəaliyyəti,Qoymuşdur heyrətdə bəşəriyyəti,Çox çəkmez, ölkəmiz bir cənnət olur.

Mənə qəzəlçilik, sanma şü, ardır,Mənim vətənim tək sevgilim vardır.Mənə ilham verən bu şən diyardır,Vətəndən kütləyə səadət olur.

Eyni həqiqətdi, sözüm laf deyil.Vahidəm, məqsədim ixtilaf deyil.Əlli bir yaşımda bu insaf deyil,Hər yerdən üstümə məzəmmət olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине