Yar eşitdim, edəcəkdir səfər, inşaallah,Görüm, olsun səfəri bixətər, inşaallah.

Var ümidim, nə qədər nalə edəm bülbül tək,Olur halımdan o gül baxəbər, inşaallah.

Nola şəb etmədi təxir o məhə ahim odu,Edəcək sübh, yəqinən, əsər, inşaallah.

Bunca möhnət ki, mənə yar fərağında gəlir,Yar gəlsə, hamı birdən gedər inşaallah.

Qeyrə bir söz demərəm ki, səbəbi-ahım olub,Düşər ahımdan evinə şərər, inşaallah.

Dəri-meyxanəni sındırdı keçən şəb zahid,Düşəcəkdir, bilirəm, dərbədər, inşaallah.

Bu qərar ilə nigarımla mən əhd eyləmişəm,Olmasın bir də arada kədər, inşaallah.

Çəkmişəm hicrini, ümidi-vüsal ilə xoşam,Zəhmətim olmayacaqdır hədər, inşaallah.

Vahida, fürsət ikən hər nə işin var, gecə gör,Səhərin fikrini qıllıq səhər, inşaallah.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви