Gözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!Yazda-yayda dağlarını qar aldı,Dərdin nə böyükdü, ay anam mənim!

Bir yar sevdim, yarımadım yarımdan,Ellər zara gəldi, ahı-zarımdan.Mən dönə bilmədim, düz ilqarımdan,Dərdin nə böyükdü, ay anam mənim!

Bəsti, yandım, alov qalxdı başımdan,Çay selləndi, gözlərimin yaşından.Ayrı düşdü, torpağından, daşından,Dərdin nə böyükdü, ay anam mənim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви