Aşiq öz dərdi-dilin istədiyi yarə deyər
Aşiq öz dərdi-dilin istədiyi yarə deyər,Deməz əğyarə ürək sirrini, dildarə deyər.
Rəhmsiz bir gül üçün bülbüli-biçarəyə bax,Nə qədər cövrü cəfa çəksə, gedib xarə deyər.
Aşiqi-kamil olan sirrini pünhan saxlar.İnanıb yarə deyərsən, o da əğyarə deyər.
İltica eyləməz heç bir kəsə həqdən qeyri,Zülmdən təngə gələn dərdini sərdarə deyər.
Bir pərinin nə zamandır ki, bəlasın çəkirəm,Nə yanar halıma, nə dərdimə bir çarə deyər.
Xoş o günlər ki, səri-zülfün əsiri mən idim,İndi aləm mənə hicrində günü qarə deyər.
Mənim əhvalımı bir əhli-vəfa dost olsa,Can verib, can alan ol şuxi-sitəmkarə deyər.
Nazəninlər nə bilir, aşiqin ahında nə var,İldırım şöləsinə sabitü səyyarə deyər.
Yenə ol zülfü sevirdim, gözəlim, qorxuram, el:– Fitnə zəncirinə bağlandı bu biçarə, deyər.
Gərək ol yarə deyəm, könlümü qəm seyli yıxıb,Rəxnə görmüş bir evin sahibi memarə deyər.
Qiyməti-ləlini yarın deməyin əğyarə,Gövhərin qədrini sərraf xiridarə deyər.
Eşq sirrin demə, Vahid, bu qaragözlülərə,Məst dərk eləməz, arif, sözü huşyarə deyər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-asiq-oz-derdi-dilin-istediyi-yare-deyer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Verməyən canını cananinə çıxsın getsin,Kim qıyır eşqdə öz caninə, çıxsın getsin!
Ey gül, nə incəsən, nə gözəldir təbiətinRespublikanın xalq artisti Həqiqət Rzayevaya həsr olunur*Ey gül, nə incəsən, nə gözəldir təbiətin,
Ey şux nazənin, nə gözəldir məlahətin!Ey şux nazənin, nə gözəldir məlahətin!Heç kəs əsiri olmaya bir sən tək afətin!
Saqiya, bir bu deyil nəşəsi peymanəmizinSaqiya, bir bu deyil nəşəsi peymanəmizin,Hələ bundan soradır ləzzəti meyxanəmizin.
Стихи других поэтов · О любви
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Qatdım əsir zülfi-pərişanə könlümüQatdım əsir zülfi-pərişanə könlümü,Atırmasa o silsiliədən şanə könlümü.
ما خریدیم به جان عشق تو نی با زر و سیمبه زر و سیم خَرَد عشقِ بتان مردِ لئیم
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır