Saqiya, bir bu deyil nəşəsi peymanəmizin
Saqiya, bir bu deyil nəşəsi peymanəmizin,Hələ bundan soradır ləzzəti meyxanəmizin.
Biz gərək badeyi-gülgunü həkimanə içək,Pozmayaq rövnəqini məclisi-məstanəmizin.
Ayağın öpməliyik xadimi-meyxanələrin,Bəlkə, cam içrə görək əksini cananəmizin.
Zülf şövqiylə olaq məst, bütün aqillərQalsın idrakinə heyran dili-divanəmizin.
Biz haman rindi-xərabatiyi-bibaklərik,Söhbəti indi də dillərdədir əfsanəmizin.
Dərd əlindən bu qədər çəkdiyimiz nalələrəNə gəlir yarımızın rəhmi, nə biganəmizin.
Eşq zəncirinə Vahid də giriftar oldu,Azdı guya, biri də artdı bu divanəmizin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-saqiya-bir-bu-deyil-nesesi-peymanemizin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə,Leyliylə nə karın var, qoysun səni avarə”?
Hər kim mənə tən eyləsə meyxanələr içrəHər kim mənə tən eyləsə meyxanələr içrə,Qan olsun onun badəsi peymanələr içrə.
Ey namə, tez yetir özünü yar olan yerəEy namə, tez yetir özünü yar olan yerə,Bülbüldən ərzi-hal elə, gülzar olan yerə.
O qara zülf ki, hərdəm dolaşır şanələrəO qara zülf ki, hərdəm dolaşır şanələrə,Göstərir eşq kəməndin dili-divanələrə.
Стихи других поэтов · О любви
Ey yar vəfadarım,Didarına müştaqəm,
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Bəradərim Ə.M.Sərkərov cənablarına!İthaf“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,
DağlarZimistan dolanıb bahar çatanda,Al-yaşıl geyinib, bar olan dağlar.