Əvvəldə gərək sevgili yarım sən olaydın,Sərvim, çəmənim, bağü-baharım sən olaydın.

Bülbül kimi ətrafına hər gün dolanaydım,Öz gülşənim, öz laləüzarım sən olaydın.

Bir başqa nigar eşqinə düşməzdim əzəldən,Hərgah, gözəlim, nazlı nigarım sən olaydın.

Gülzarı gəzib, nərgisə baxmazdım ölüncə,Ömrüm boyu gər çeşmi-xumarım sən olaydın.

Qəlbimdə səni gül kimi bəslərdim həmişə,Dövrəmdə gəzən bülbüli-zarım sən olaydın.

Xoşdur mənə, öz Vahidinəm, eşqinə yansam,Peyvəstə gərək dildə şüarım sən olaydın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви