Netmişəm məndən, əya sərvi-rəvan, ayrıldın,Eylədin gülşəni-ömrümü xəzan, ayrıldın.

Səcdə eylərdim o taği-qaşına sübhü məsa,Elədin qəddimi hicrində kaman, ayrıldın.

Ağlaram bülbültək ruzü şəb, ey qönçədəhan,Qoydun hicrində dili-zarimə qan, ayrıldın.

Məni fərhadsifət, kuhi-qəmə etdin əsir,Məndən ol gün ki, sən, ey şəhdi-zəban, ayrıldın.

Atəşi-hicrinə öz aşiqini yandırdın,Yetməmiş vəslinə, ey munisi-can, ayrıldın.

Xublar içrə səni əhli-vəfa bilmiş idim,Bivəfa olmağımı etdin əyan, ayrıldın.

Vahidi-qəmzədəyəm, ağlamaq adətdi mənə,Şahidim var bu sözə – əşki-rəvan, ayrıldın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви