A.Səhhət qardaşıma ithaf

1

Hala yaşayır həyati-şəbrəng –
Altında nücumi-zahiratın,
Həp qəmli tərənə, qəmli ahəng –
Üstündə şu əsgi kainatın.

2

Sərməstiyi-nab içində dilbər,
Ərbabi-niyaz giryəpərvər,

Məğrureyi-hüsndür gözəllər,
Sövdazadələr nəsibi qəmlər!..

3

Hala niyə dilbərani-fəttan –
Üşşaqdən olmada gürizan?
Aşiq nəzərində parlayır yaş,
Xəndidə yenə nigahi-canan.

4

Busəşgəhi-xəndədir fəmi-yar.
Bir xəndə olaydım, ah, mən də,
Parlaq yaşayardım o dəhəndə –
İştə nə gözəl xəyali-didar!

5

Ya bir gül olaydım, ey baharım,
Ənbər saçına qonub öpərdim,
Bə’zən əlin ilə əylənərdim,
Ey zülfü gecə, üzü baharım.

6

Bax, bax da: nə bəxtiyar güllər,
Sinəndə durur o bəxtəvərlər.
Bə’zən də o dəsti-nazikinlə –
Güllər oluyor saçında zivər.

7

Ey zülfi siyah, nuri şəbfam,
Ey qönçələb, ey yanağı gülşən!
Sənsiz bu cahan olurmu rövşən?
Bu şe’rləri sən etdin ilham.

Bakı, 29 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви