“Parlaq yaz!” deyənlərə

Deyirsiniz mənə: “əş’arı gəl açıq söylə,İşıq düşüncə yarat, doğrudan da çox sevilə.Dərin düşüncələri bilməyir cəmaətimiz”.Bizim də var bu gözəl sözlərə qənaətimiz.Dərin düşüncə nədir, söz gərək dayaz olsun,Bulut geyinməyərək, söz üzü əyaz olsun!Qadın deyil ki, düşüncə üzündə örtü tuta!Qaranlıq iştə o parlaq, gözəl cəmali uda.Gecə içində neçin gündüz olmalı gizlin?!Sözün üzü açıq olsun, deyil ki, söz də gəlin!Göyün üzü açıq olsa, işıqları parlar,Nədir sözün yanağında duran qaranlıqlar?!Sözün canilə dirilsin həyatı ölmüşlər,Diri-diri gəziyorkən məzarı dönmüşlər.Deyirsiniz: “işıq olsun, parıldasın sözlər –Ki, doğru yolları görsün bu əqli gözsüzlər.İşıq düşüncələr ilə işıqlanır millət”.Ana dili! Buna lazım həqiqətən hörmət!Gözəl deyirsiniz, amma qolaymı hər əsəri –Açıqca, sadəcə yazmaq? Pək incə şe’rləri –Libasi-ləfz ilə parlatmaq, eyləmək ziba –Həqiqətən də çətindir. Bu nazənin zira –O rütbə nazlı, o rütbə nəzih dilbərdir –Ki, incə kiseveyi-əlfazə meylpərvərdir.Lətif əlbisə istər məlaiki-əş’ar,Gözəl olanlara nazik libaslar yaqışar.Nədir, bilirmisiniz, şe’r? Nurdən məstur –Xəyal gülşəninin nurudur bu zadeyi-nur!İşıqlı fikrlər iştə bunun di, dayəsidir,Rüxi-səhifəyə qonmuş o nur sayəsidir!Olurmu kölgəsi nurun? Əvət! Qadındır nur,Onun da kölgəsi vardır: yerin üzündə zükur!Qadınla şe’r iki həmşireyi-lətafətdir,Qadın təməssul edən ruhi-zizərafətdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов