Afərin olsun sənə, ey “filusuf”i-zifünun!Pərvərişyabi-fünunun zümreyi-layə qilun.

Gəlsə ərbabi-zəka tə'lim üçün dərgahına,Lövhi-idrakı olur qəlbin kimi zülmətnümun.

Rahbərmi, rahzənmi olduğun mə'lum ya,Peyrəvani-məsləkindir firqeyi-layüflihun.

Pək böyük sərvətlilər e'lani-iflas eylədi,Layiqi-heyrət budur hala “və hüm layəş' ürun”.

Bunca aldandıq yetər, ey sevgili ixvanımız!İştə edvari-təyəqqüzdür “məta ma tərqüdun”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов