Əcanib qıldı hər bir karın itmam,Biz isək əski tasdır, əski həmmam.

Nələr icad edir ərbabi-sənət,Sənayelə qılır təhsili-sərvət.

Tutub sənətlə dünyanı əcanib,Fəqət biz qalmışıq məhrum, xaib.

Əfəndim söyləyir-minbərdə hər an:"Bizə lazım deyildir elmi-əbdan.

Deyir:--"Üqba gərək, dünya fənadır,Cəhan islamə zindani-bəladır".

Siz etdiz bizlərə dünyanı zindan,Yıxılsın xanəniz, ey kəmşüuran!

Sənaye rahını kəsdiz həmişə,Dediz lazım deyil islamə pişə.

Sənaye nolduğundan bixəbərsiz,Həqiqət, meyvəsiz, bərsiz şəcərsiz.

Ağac bom-boş olursa kəmbəhadir,Kəsib yandırmağa ancaq səzadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов