Ərzi-rüxi-bəhcət ediyor lövhi-təbiət,Feyzavəri-vicdan oluyor sanki həqiqet.Bir kuhi-sərəfraz oluyor zivəri-ənzar,Baxdıqca fərəhyabi-hüzuz olmada əbsar.Payində şu kuhun axıyor nəhri-səfadar,Nurdan yazılan xətt kimi sahədə parlar.Zibi-ləbi-cu, rayihəbəxşa gülü lalə.Növbarə kimi, bə'zi erib həddi-kəmalə.Baxdıqca gülə, laləyə, şol qönçeyi-alə,Bu gül, bu çiçəklər salıyor yari xəyalə.Qarşımda bir orman ediyor ərzi-lətafət.Guşi-dilə gəlməkdədir ahəngi-təbiət.Mə'şuqeyi-dil mənzəreyi-nəş'əfəzası,Vəcdavəri-can məşcəreyi-didərübası.Güllər gülüyor, quşlar oxur, feyz saçır bad,Ol sevgili quşlar ediyor naləvü fəryad.Möhnətzədələr hər biri bir dürlü nəvadə,San şivən edirlər bu çəmənzari-fənadə.Səyyadi-sitəmpərvərə nifrin ediyorlar.Cəlladi-cəfagüstərə təl'in ediyorlar.Zülm əhli xərab eylədi gülzari-vücudi,Eyvah, sitəm məhv elədi baği-şühudi.İştə axıyor hüznlü bir səslə bulaqlar,Dərxatir edib tişəni şaxlar üçün ağlar.Əvvəlcə məsərrətli könül yə'slə doldu,Gülzari-fəna qönçəsivəş çöhrəsi soldu.Aya bu nasıl mənzəreyi-faciəzadır,Hər "pərdə"si, hər "fəsli” səzavari-bükadır?Hər zərrədə məşhud olur asari-fəlakət,Bir cövhəri-qəmdənmi doğub tifli-təbiət?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе