Olmasın hicrində bu könlüm pərişan, neyləsin?Etməsin öz canını qurban, neyləsin?

Gəlməsə şən bəstəkar – nazəndə bülbül gülşənə,Solmasın badi-xəzanla bu gülüstan, neyləsin?

Gəl, gəl, ey canan, bilirsən ki, könül istər səni,Dərdimin dərmanı sənsən, gəlsə loğman, neyləsin?

“Gəl, gəl, ey yar!” – söyləməkdən mən yoruldum,gəlmədin,Sən özün oldun səbəb hicrana, hicran neyləsin?

Özgə bir gülüzlüyə versəm könül, ey bivəfa,Sən özündən küs, günahkarsan, Süleyman neyləsin?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви