Səni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.Gündə yüz min kərə vətən desən də,Vətənsiz, millətsiz, məsləksizsənmiş.

Üzündə süni bir təbəssüm sənin,Qeyd oldun içində dumanın, çənin.Nə bir dostun varmış, nə bir düşmənin,Arzusuz, amalsız, diləksizsənmiş.

Yağdırdın sağına, soluna böhtan,Heyhat, bilmədin ki, başqadır zaman.Sən, yamana yaxşı, yaxşıya yaman,Deməkdə yaxşı ki, köməksizsənmiş.

Günəşli gündüzü gecə bilmisən,Toyda ağlamısan, yasda gülmüsən.Yox, yox, nə sevmisən, nə sevilmisən,Sən ürəksizsənmiş, ürəksizsənmiş!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине