Var
Şanlı vətənimin hər qarışında,Hər daş altda bir igidim, ərim var.Savaş meydanında, yetmiş yaşında,Rəcəb adlı bir yüzbaşı nərim var.
Zirvədəyəm, qorxutmayır çən məni,Sala bilməz heç kim burdan gen məni.Oğul kimi bas bağrına sən məni,Özüm boyda bir sehirli sirrim var.
Ucaltmışam hər bir yerdə səsimi,Tanıyırlar soykökümü, nəslimi.Qaxtağanlar dana bilməz əslimi,Türk oğluyam, burda mənim yerim var!
Qul Heydərə aranlı de, dağlı de,Bu vətənə, bu mahala bağlı de.Hər vaxt mənə bu torpağın oğlu de,Çünki, burda “Təbriz” adlı pirim var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!