Mənə qara deyən yarım,Gözlərin qara deyilmi?Yaxın gəlib dindirmirsən,Ürəyim yara deyilmi?

Təzə gülsən, dodağın bal,Şirin danış, könlümü al.Haqq quluna yoxdu zaval,Qaşın aypara deyilmi?

Mən Heydərəm, insaf eylə,Dərd gəlir, qabağın əylə.Ürəkdən keçəni söylə,Edərsən çarə, deyilmi!?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов