Mərd sağ olsun
Fələyin qəhri az deyil,Xeyri ya baxta baxtadı.Nə bilirsən nə olacaq,Xeyirnən şər qabaxdadı.
Kasıb könlü geniş olar,Yolu yoxuş-eniş olar.Dəmə də bir dönüş olar,Tək çörəyi tabaxdadı.
Heydər deyər mərd sağ olsun,Biri min bir budaq olsun.Kefi yaxşı, üzü ağ olsun,Onun gözü qabaxdadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-merd-sag-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение