Gedirəm
Məni salma yanar oda,Gedirəm, ana, gedirəm.Neylər mənə qəza-qada,Gedirəm, ana, gedirəm!
Yolum gedir, İstanbula,Haqq köməkdi qara qula.Yar gərək yarını bula,Gedirəm, ana, gedirəm!
Halal eylə, icazə ver,Yuxarıda Allahı gör.Gəl bu uçuq qəlbimi hör,Gedirəm, ana, gedirəm!
Haqdan içmişəm badəni,Sinəm gövhərin mədəni.Gedim görüm gülbədəni,Gedirəm, ana, gedirəm.
İstəyirəm görəm yarı,Alma əldən ixtiyarı.Sənsən Heydərin tutarı,Gedirəm, ana, gedirəm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-gedirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
TanıramGözəllər söhbətin salma araya,Mən gözəli binasınnan tanıram.
Sənsizin göydivü qaldı, ey güli-baği-cinanSənsizin göydivü qaldı, ey güli-baği-cinan,Lalə tək bağrımda dağü ğönçə tək ağzımda qan.
بقدر جام بود شور و حالت مستانهزار جان گرامی فدای رطل گران