Kirvə məni qonaq eylə
Salam Əleyküm, Məşədi,Məşədi bir ağa kişidi.Kişi, əl- ayağım üşüdü,Kirvə, məni qonaq eylə.
Gəlirdim Güllübulaqdan,Boran da qaxdı qabaqdan.Utan bizim kirvalıqdan,Kirvə, məni qonaq eylə.
Bozqaladan qaxdı duman,Şalvar altda yoxdu tuman.Məşədidən qaçır iman,Kirvə, məni qonaq eylə.
Görüm səni burda tək qal,Qonaq eylə məndən haqq al.Boynu yoğun, özü çaqqal,Kirvə, məni qonaq eylə.
Boran imkan vermir əsir,Maşqı da amanımı kəsir.Aşıq Heydər tir- tir əsir,Kirvə, məni qonaq eylə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-kirve-meni-qonaq-eyle
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
VaxtıBir canda ki, ola sümük azarı,Oynar, durmaz dəf olan vaxtı.