Meydənmi qızarmış, gözəlim, arizi-alın,Ya əks salıb sağərə xurşidi-cəmalın?

Çin ilə Xəta çöllərini saldı nəzərdən,Müşkin saçın, ahu baxışın, hinduvi xalın.

Sən hüsndə xurşidi-fələkdən də gözəlsən,Ya əyri qaşından nəyi artıqdı hilalın?

Bilmərrə könüldən qəmi-hicranı unutdum,Ləzzət verir eşq əhlinə gülzari-vüsalın.

Çox nazlı gözəllər yetiribdir qoca dünya,Mindən biri olmaz yenə manəndi-misalın.

Yoxdur sənə bənzər, gözəlim, bir güli-rəna,Gülüzlülərin toplasalar cümlə mahalın.

Vahid, yenə Məcnunusan ol şuxun, eşitdim,Biçarə, sənin də yox imiş əqlü kəmalın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке