Ürəyimdə o qədər sevgi varımdır Vətənə
Ürəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.
İndi Fərhadı gərəkdir mən olaydım bu günün,Çünki mən aşiqəm hər Xosrovi şirinsüxənə.
Gər Züleyxadə vəfa olsa idi aləmdə,Cövrlər qılmaz idi Yusifi-gülpirəhənə.
Qan olur lalə kimi eşqdə aşiq qəlbi,Hər baxan ləhzədə bir dilbəri-qönçədəhənə.
Ey könül, qan olasan, eşqə məni sən saldın!Səndən oldu, o pəriçöhrə cəfa qıldı mənə.
Təki, ey gül, sənə, fəxr eylə ki, aşiq mən olum,Yoxsa əskilmərəm hər dilbəri-nazikbədənə.
Nola, Vahid, azacıq sakit ola məclisimiz,“Şur” dəsgahını bir xahiş edək tari zənə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ureyimde-o-qeder-sevgi-varimdir-vetene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Əsiri-eşq olanlartək ona bir rəhgüzar olmaz.
Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Sülh olmasa, övladi-Vətən bəxtəvər olmaz!
Zülfün niyə bir an, gözəlim, şanəsiz olmaz?Zülfün niyə bir an, gözəlim, şanəsiz olmaz?Adət belədir, eşq evi biganəsiz olmaz!
Gözətlərəm yolunu – yari mehriban gəlməzGözətlərəm yolunu – yari mehriban gəlməz,Rəqibə yar olub ol məhluqə, güman, gəlməz.
Стихи других поэтов · О любви
Yaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.
Xoş gəlmisənBu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!