Ey gül, məni sən istəsən, ömrüm hədər olmaz!Sülh olmasa, övladi-Vətən bəxtəvər olmaz!

Azadəliyi, sülhü sevirlər bizim ellər,Bir yerdə ki, sülh olsa, o yerdən zərər olmaz!

Odlar Vətənin nazlı gözəllər bürüyübdür,Ellərdə məsəl var ki, gözəlsiz şəhər olmaz!

Ahim odu, bəlkə, eləsin qəlbinə təsir,Neysan suyunu içməsə, daşdan göhər olmaz!

Hicran gecəsi mən çəkəni çəkməsin əğyar,Zənnimcə, qiyamət günü bundan betər olmaz!

Zülfün üzünü tutsa da, göyçəkliyin artır,Zülmət gecələr olmasa, aydın səhər olmaz!

Vahid, sənə, qəm çəkmə, rəqabət edən olsa,Min göl qovuşa bir yerə, bəhri-Xəzər olmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви