Verməyən canını cananinə çıxsın getsin,Kim qıyır eşqdə öz caninə, çıxsın getsin!

Vəsli-yarı sevən aşiq gərək hicranə dözə,Dözməyən yarının hicraninə çıxsın getsin!

İndi ki gül yenə gülşəndə gəzir xar ilə,Baxmayır bülbülün əfğaninə, çıxsın getsin!

Biz məhəbbət yolunun eşqdə rüsvaləriyik,Kəsrdr hər o kəsin şəninə, çıxsın getsin.

Eşq mülkündə bu gündən yeni qanun qoyduq:Hər kəs öz sevdiyinin yaninə çıxsın getsin.

Bizə öz yurdumuz əfsanə behiştdən xoşdur,Zahid öz rövzeyi-rizvaninə çıxsın getsin.

Bilirik, Vahid, o güldən sənə yar olmayacaq,Burax, and iç onun öz caninə, çıxsın getsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви