Ləbinin badə nə şeydir ki, səfasın versin?
Ləbinin badə nə şeydir ki, səfasın versin?Üzünün gündə nə cürət ki, ziyasın versin!
Olmasa şərbəti-ləlin dili-məcruhumuzun,Meydə yoxdur o ləyaqət ki, qəzasın versin.
Özgə məşuqəsini istəmərəm, huri ola,Rəbbim hər aşiqin öz mahliqasın versin.
Min bəla yar yolunda mənə çəkdirdi rəqib,Qeyri bir söz nə deyim; tanrı bəlasın versin!
Fələkin cahinə göz diksəm əgər, namərdəm,Eşq feyzi mənə qoy fəqr libasın versin.
Şur salmış çəmənə bülbül, əgər aşiqsə,Bir kərə naləmin ömründə nəvasın versin!
Vahidi guşeyi-meyxanədə dəfn eylədilər,Məst olanlar eşidib, xeyrü duasın versin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-lebinin-bade-ne-seydir-ki-sefasin-versin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş,Əvvəl vəfalı, axırı bietibar imiş!
Məcnun hələ də eşqdə divanə deyilmişMəcnun hələ də eşqdə divanə deyilmiş,Leyli o zamanlar ona cananə deyilmiş.
Nigarım bəzmi-işrətdə belində xəncər əyləşmişNigarım bəzmi-işrətdə belində xəncər əyləşmiş,Məgər Nüşabə təxtində gəlib İsgəndər əyləşmiş!
Artırar hüsnünü gəldikcə rüxi-dildarə xətArtırar hüsnünü gəldikcə rüxi-dildarə xət,Necə xoş olmaz əgər ağ üzrə olsa qarə xət.