Nigarım bəzmi-işrətdə belində xəncər əyləşmiş
Nigarım bəzmi-işrətdə belində xəncər əyləşmiş,Məgər Nüşabə təxtində gəlib İsgəndər əyləşmiş!
Rəqibi-şuxi gördüm hüripeykərlər miyanində,Guya ki, qəsri-cənnətdə gəlib bir kafər əyləşmiş.
Bu bəzmi-canfəzadə afitabi-aləmaramı,Və ya cami-mey əldə ol büti-siminbər əyləşmiş.
Dəmi-möcüznümalərdən bulur can xalq məclisdə,Deyildir küfr, zənnimcə, desəm peyğəmbər əyləşmiş!
Ruxi-dövründə görcək zülfi-pürçinin xəyal etdim,Sərasər kişvəri-Daranı tutmuş ləşkər, əyləşmiş.
Busat əhlin bütün cəzb eyləmişdir çeşmi-məstilə,Sanırsan, şəhri-Babildə gəlib cadugər əyləşmiş.
Bakı şairlərindən, Vahida, Yusifdi rəhmətlik,O getdisə, onun indi yerində Azər əyləşmiş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-nigarim-bezmi-isretde-belinde-xencer-eylesmis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nədən yaraşmadım, ey yari-mahiparə, sənəKi, bəlkə, xəlvəti əğyar edib işarə sənə?
Canan, nə etmişəm, belə biganəyəm sənə?Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!
Ürəyimdə o qədər sevgi varımdır VətənəÜrəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.
Aldı mey camini ol yari-güləndam əlinəAldı mey camini ol yari-güləndam əlinə,Can fəda saqiyə! Verdi o gülün cam əlinə.