Məcnun hələ də eşqdə divanə deyilmiş,Leyli o zamanlar ona cananə deyilmiş.

Məcnunu giriftari-qəmi-eşq eləyən var,Divanə deyənlər ona fərzanə deyilmiş.

Çox fərqi var, arif düşünər əql ilə eşqin,Eşq əhli kamal əhlinə həmxanə deyilmiş.

Pərvanə yanır şövqi-cəmalınla, sanırdım,Öz könlüm imiş hər gecə, pərvanə deyilmiş.

Zülfündə gəzən şanəni biganə bilirdim,O, məhrəm imiş könlümə, biganə deyilmiş.

Pirimdən eşitdikdə xərabatiyi-eşqi,Öyrəndim o gəncinəni, viranə deyilmiş.

Var üzrü, əgər sevməsə eşq əhlini zahid,Məzurdur, onun təbi zərifanə deyilmiş.

Əlbəttə, həqiqət çıxacaq zahirə, Vahid,Bir iş tap, onun əvvəli əfsanə deyilmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви