Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?
Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?Aşikar eyləməyincə ürəyim qan olacaq.
Nə qədər gül üzünün həsrətin aşiq çəksin,Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?
Bəs haçan rəhm edəcək bülbüli-biçarəyə gül,Nə qədər bəs o fəqirin işi əfğan olacaq?
Eşqdən başqa nə dərd olsa, yenə çarəsi var,Ayrılıq dərdinə, bilməm, necə dərman olacaq?
Öz xoşumla o qara zülfə əsir oldum özüm,Bilmədim, xatirim eşqində pərişan olacaq.
Sən götür məscidi, zahid, bizə meyxanəni ver,Kim bu işdə görək axırda peşiman olacaq?!
Hələ, Vahid, meyə meyl eyləmə, qoy gəlsin o gül,Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ne-qeder-esqimiz-ey-gul-bele-punhan-olacaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Könül, həmişə səadət bizimlə yar olacaq,Xəzan qəmi bitəcək, ölkəmiz bahar olacaq!
Vəfalı olmasan, ey gül, baharın olmayacaqVəfalı olmasan, ey gül, baharın olmayacaq,Çəmən behişt ola, xoş ruzigarın olmayacaq!
Yetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıqYetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıq,Xəlayiq çarə tapdı dərdinə, biçarə biz qaldıq.
Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıqBiz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.