Arazın suyu qızılParıldayır pırıl-pırıl.Muğanlar güllənibdir,Gəl gözəl, tamaşa qıl.

Göy atım, polad nallım,Buraxma yolda qalım,Dan yeri işıqlanır,Yel əsir salxım-salxım.

Gül gəlir, reyhan gəlir,Yar gəlir, canan gəlir.Uzaqdan toz ucaldı,Şimaldan karvan gəlir.

Ağaran dağ səsidir,Qar yerin pərdəsidir.Duyduğun o nəğmələr,Şairin öz səsidir.

Hicranlı gündən bəri,Getmədi eşq əsəri,Sevgi bir zəncirdir ki,Qırılmaz həlqələri.

Şirvandan quşlar qaçar,Savalan üstə uçar.O tayda, həm bu tayda,Bir gündə güllər açar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви