Mən vermişəm öz könlümü yarə, özü bilsin,İstər eləsin hicrilə yarə, özü bilsin.

Bilmiş, nə bəlalər gətirib başimə zülfü,Tökmüş yenə mahi-üzarə, özü bilsin.

Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,Ölsəm, demərəm ona dübarə, özü bilsin.

Ol gül məni xar eylədi biganə yanında,Bir bilmədi, çox etdim işarə, özü bilsin.

Bimariyəm ol nərgisi-məstin, ölürəm mən,Qoy eyləməsin dərdimə çarə, özü bilsin.

Hər dərdüqəmin mən çəkirəm, kam alan özgə,Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin.

Vahid! Məni pərvanətək ol şəmi-cəmalınYaxsın dəxi bundan sora narə, özü bilsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви