Cəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.

Edər üşşaq könlüm cəm ikən aşüftə, hər saətPərilər zülfünə dəydikcə, ey dil, şanələr bir-bir.

Yenə bilməm, nə əfsun eyləmiş caduyi-çeşmin kim,Dəyibdir bir-birinə mərdümi-fərzanələr bir-bir?!

Nə meydir, gözlərin qurbanı, bilməm badeyi-eşqinKi, içdikcə tapar huşyarlıq məstanələr bir-bir?

Ləbin öpmək xəyalilə dili-sağər olub pürxun,O həsrətlə gəzər əldən-ələ peymanələr bir-bir.

Dəhanindən əsər yoxdur, demişlər, şərti var, ammaYetər təhqiqinə, şərh etsələr fərzanələr bir-bir.

Könül, qıl şöleyi-ah ilə rövşən bəzmi-canani,Həsəd narinə yansın şəm kimi biganələr bir-bir.

Ərəqdirmi düzülmüş arizi-alində sərtasər,Gül üzrə jalədir, yainki ol dürdanələr bir-bir?

Məzaqi-ləlini görmüşlə, derlər cami-mey içrə,Şərəfyab ol cəhətdəndir olub meyxanələr bir-bir.

Ayılmaz məscid əhli, Vahida, xabi-cəhalətdən,Məgər əhli-riyadən tərk ola əfsanələr bir-bir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви