Nigar ilə bizim əhdü qərarımız belədir
Nigar ilə bizim əhdü qərarımız belədir,Şəhidi-xəncəri-eşqik, şüarımız belədir.
Görəndə şad oluruq yarı, görməsək qəmgin,Bizim xəzanımız ilə baharımız belədir.
Gülüzlülər sevinirlər hey ağladıqca bizə,Biz eşq bülbülüyük, ahü zarımız belədir.
Nigar cövr qılır, biz yolunda can veririk,Bizim cahanda qalan yadigarımız belədir.
Bu qarə gözlülərin məstiyik, təbibə dedim;Bizim də eşqdə rənci-xumarımız belədir.
Nə gizli sirrimiz olsa, rəqibə söyləmərik,Həmişə bir-birinə etibarımız belədir.
Bizimlə həmdəm olan, Vahid, od tutub yanacaq,Məhəbbət atəşiyik biz – diyarımız belədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-nigar-ile-bizim-ehdu-qerarimiz-beledir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hicrin yetirdi aşiqini canə, dilbərim,Canlar fədadı sən kimi cananə, dilbərim.
Bilməm, nə oldu, qoydu məni, getdi dilbərimBilməm, nə oldu, qoydu məni, getdi dilbərim,Ağlar göz ilə aşiqi tərk etdi dilbərim.
Mən istərəm, bu naməni cananə göndərimMən istərəm, bu naməni cananə göndərim,Canım fədası olduğu bir canə göndərim.
Sənsiz səmadə olsa mələklərlə ülfətimSənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.
Стихи других поэтов · О любви
Ala gözlüm, məni Məcnun eylədin,Xumarranıb sərxoş baxma bir yana.
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədirEylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir!