Bəxtiyar aşiq odur ki, onu cananı sevir
Bəxtiyar aşiq odur ki, onu cananı sevir,Binəva bülbülünü, öz güli-xəndanı sevir.
Mən o zülfün azı yüz dəfə bəlasın çəkdim,Dəli könlüm yenə ol zülfi-pərişanı sevir.
Etibar olmaz özün göstərən aşiqlərdə,Əhsən ol aşiqə cananını pünhanı sevir!
Əsri-hazırkı gözəllikləri görmür zahid,İndi də cəhlini gör, rövzeyi-rizvanı sevir.
Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.
Pir könlüm gəlir ilhamə görərkən hərdən,Bir nəcabətli gözəl qız gözəl oğlanı sevir.
Vahidin ovçuluğu olsa da, insafı da var,Öz kəməndinə düçar etdiyi ceyranı sevir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bextiyar-asiq-odur-ki-onu-canani-sevir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Bir dilbəri bəsləyibdi anası,Vəsfi düşüb bu cahana, gözəldi.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,